BDU-da “Ruhumuzu oyadan Novruz” adlı bayram tədbiri
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının təşkilatçılığı ilə “Ruhumuzu oyadan Novruz” adlı bayram tədbiri keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva professor-müəllim heyətini və tələbələri Novruz bayramı münasibəti ilə təbrik edib, Novruzun qədim tarixi köklərə malik olduğunu, Azərbaycan xalqının milli ədət-ənənələrinə sadiq qalaraq hər il təntənəli şəkildə Novruzu qeyd etdiyini deyib. Bildirib ki, milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında Novruz bayramının özünəməxsus yeri var və ənənələri qorumaq, yaşatmaq bizlərin mənəvi borcudur.
Sonra tədbir tələbələri hazırladığı ədəbi-bədii hissə ilə davam edib.