BDU-da neyroelm haqqında seminar keçiriləcək – ELAN
Dekabrın 26-da Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər arasında neyroelmin təbliğatı” layihəsi çərçivəsində seminar keçiriləcək.
Seminarda BDU rektorunun müşaviri, Türkiyənin Boğaziçi Universitetinin doktoranturasının məzunu Xalid Bayramlı “Neyrogenez (yeni neyronların yaranması) və neyronların miqrasiyası” mövzusunda çıxış edəcək. Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin mütəxəssisi Abdul Etibaroğlu isə Azərbaycanda neyroelm üzrə ilk platforma olan “neyroelm.az”ı təqdim edəcək və bu sahə ilə bağlı ətraflı məlumat verəcək.