BDU-da Li qruplarında təyin olunmuş fəzalarda məhdudluq meyarlarının alınmasına dair tədqiqatlar davam edir
Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal funksiyanın kommutatorunun Lipşitz funksiyaları ilə xarakterizasiyası” (“Characterizations of Lipschitz functions via the commutators of maximal function in Orlicz spaces on stratified Lie groups”) adlı məqaləsi “Web of Science” bazasında Q2 kvartilli jurnallar siyahısına daxil olan “Mathematical Inequalities and Applications” (IF: 1.014) jurnalında dərc olunub.
http://files.ele-math.com/abstracts/mia-26-29-abs.pdf
Məqalədə stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal kommutator operatoru və maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınıb. Bu nəticələrin tətbiqi olaraq stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal kommutator operatorun və maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılıb.