BDU-da elmi seminar: “Kristallar, kvazikristallar və tətbiqi xalq sənəti”
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmlar elmi-tədqiqat laboratoriyasında “Kristallar, kvazikristallar və tətbiqi xalq sənəti” mövzusunda elmi seminar keçirilib.
Laboratoriyanın baş elmi işçisi İmaməddin Əmiraslanov son onilliklərdə kristalloqrafiya elmi sahəsində fundamental elmi kəşflər, bərk maddənin kristal və amorf halından fərqli halı – kvazikristallar barədə ətraflı məlumat verib, Penrose torları, Monotile (Einstein) anlayışlarının kristalloqrafiya problemlərinin həllində əhəmiyyətini vurğulayıb.
Seminarda xalq sənətində, xüsusən Şərqin həndəsi ornamentalistikasında orta əsrlərə aid dekorativ naxışların krisaloqrafik aspektləri ilə paralellər aparılıb, “tessellation” stilindəki yeni rəsmlər nümayiş olunub.
Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.