BDU-da duz stresi və γ-radiasiyanın bitkilərin inkişafına təsiri üzrə alınmış nəticələr aqrar sektorda tətbiq oluna bilər
Bakı Dövlət Universitetinin (BDU) Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müdiri, professor Ziyəddin Məmmədov, Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov, həmin kafedranın dosenti Aygün Nəsibova və müəllimi Nailə Əliyevanın həmmüəllifi olduqları “Qarğıdalı cücərtilərində NADPH- əmələ gətirən fermentlərin aktivlik dinamikasına NaCl duzu və γ-radiasiyanın individual və kombinativ təsiri” (“Individual and combinative effect of NaCl and γ-radiation on NADPH-generating enzymes activity in corn (Zea mays L.) sprouts”) adlı məqalə “Scopus” və “Web of Science” elmmetrik bazasına daxil olan “Heliyon” (IF: 4.0) jurnalında dərc olunub.
https://www.cell.com/heliyon/pdf/S2405-8440(23)09334-9.pdf
Məqalədə duz stresi və γ-radiasiyanın qarğıdalı bitkisinin inkişafına neqativ təsiri, stres zamanı bitkinin müdafiə sisteminin mexanizmi və eləcə də stresin təsiri ilə yaranan paramaqnit mərkəzlər öyrənilib. Müəyyən edilib ki, duz və γ-radiasiyanın təsiri bitkilərin inkişafını ləngidərək məhsuldarlığı aşağı salır, stres faktorları davamlı və kombinativ olduğu halda isə bu təsir daha da artmış olur. Alınan nəticələrin Elektron Paramaqnit Rezonans spektroskopiyası üsulu ilə də izahı verilib.