BDU-da bakteriyaların antibiotiklərə davamlığına qarsı əksfikirli amillərlə bağlı araşdırmalar davam edir
DOI: 10.2174/1389201023666220114160216
Bütün dünyada bakteriyaların antibiotiklərə davamlığının kəskin surətdə artması müşahidə olunur və bu, cəmiyyətin sağlamlığı üçün ciddi təhlükə yaradır. Antibiotiklərə davamlıq ilk növbədə yoluxucu xəstəliklərin və ölüm hallarının artması, eləcə də müalicədə çoxlu anibiotiklərin istifadəsi ilə bağlıdır. Əksfikirli texnologiya genlərin transkripsiyasına və ekspressiyasına mane olan oliqonüleotidlərə əsaslanır. Oliqonüleotidlər antibiotiklərə davamlı olan bakteriyalara qarsı mübarizədə istifadə oluna bilər. Belə oliqonükleotidlərə ilk növbədə peptidli nüklein turşularını, fosfordiamidatlı morfolinoliqomerləri və qapalı nüklein turşularını aid etmək olar. İcmal məqalədə yuxarıda göstərilən oliqonükleotidlər bakteriyalara davamlılıq verən genlərin hədəfi kimi göstərilir. Belə ki, oliqonüleotidlər müvafiq geni parçalayaraq bakteriyaların inkişafının tormozlanmasına səbəb olur. Bu nəticələr yoluxucu xəstəliklərin müalicəsində yeni perspektivlər açır.