BDU-da Azərbaycan qadınlarının elmdəki uğurlarına həsr olunmuş tədbir
Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Avisenna” klubunun üzvlərinin təşəbbüsü ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Güclü qadınlar - güclü sabahlar” adlı tədbir keçirilib.
Əvvəlcə “Adını tarixə yazmış elm qadınları” adlı qısametrajlı film izlənilib.
Sonra BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzin baş mütəxəssisi Elvira Təhməzli və Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Vaksin və nanovaksin araşdırma bölməsinin müdiri Nərmin Ağalarova Azərbaycan qadınlarının elmi-tədqiqat sahəsində qazandıqları uğurlardan söz açıblar. Qeyd olunub ki, cəmiyyətdə qadının savadlılığı, təhsili və peşə hazırlığı hər bir dövlətin nailiyyəti, xalqın üstün intellektual göstəricisidir. Azərbaycan qadınları hər zaman ictimai fəallıqları ilə seçilib, onların problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Ümummilli Lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və s. sahələrdə geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadın alimlərimiz ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınlarına nümunədir.
Tədbir mövzu ətrafında müzakirələr ilə davam edib.