BDU-da 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş sərgi
Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar foto və kitab sərgisi təşkil olunub. BDU Elmi Kitabxanasının təşkil etdiyi sərgidə 1990-cı ilin qanlı yanvarından başlayaraq xalqımızın azadlığı, Vətənimizin müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda qəhrəmancasına həlak olan şəhidlərimiz barədə nəşrlər (“20 Yanvar. Tariximizin qanlı və şanlı səhifəsi”, “20 Yanvar – Qan yaddaşımız”, “Черный Январь”, həmçinin Faiq Balabəylinin “Kəsilməyən həyəcan fiti”, Rafiq Səməndərin “Şəhidlər”, Səriyyə Müslümqızının “Qar üstünə qan yağırdı”, Qulu Kəngərlinin “Qanlı şənbəyə gedən yol”, Hacı Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Tacir Qurbanov, Almara Nəbiyeva, Maral Qocamanın həmmüəllifi olduqları “Azadlıq carçıları” kitabları), həmin müdhiş gecənin dəhşətlərini özündə əks etdirən fotolar nümayiş olunur.
Sərgi bir neçə gün davam edəcək.