BDU alimi antibiotiklərə davamlılığın qarşısını almaq üçün yeni konsepsiya irəli sürüb
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat labioratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu “Postbiotiklərə fokuslanmaqla antibiotiklərə davamlığın qarşısının alınmasında yeni yanaşmaların tənqidi icmalı” (“A critical review of novel antibiotic resistance prevention approaches with a focus on postbiotics”) adlı məqalə “Web of Science” bazasına daxil olan IF-11.208, Q1 kvartil “Critical Reviews in Food Science and Nutrition” jurnalında dərc olunub.
Patogenlərin antibiotiklərə davamlılığı insan sağlamlığında ciddi problemə çevrilib. Belə ki, əvvələr antibiotiklərlə asan müalicə olunan xəstəliklər indi əlilliyə və ölümə səbəb olan təhlükəli infeksiyalara çevrilirlər. Artmaqda olan bu təhlükənin qarşısını almaq üçün alimlər infeksiyaların müalicəsində həlledici rola malik yeni üsul və metodlar hazırlayırlar. Bu metodlara faq terapiyası, immunoterapiya, yırtıcı bakteriyalar, hemofiltrləmə, nanoantibiotiklər, normal mikrobiotanın transplantasiyası, mikroblara qarşı bitki mənşəli preparatların hazırlanması, RNT- terapiyası, vaksinlərin və yeni probiotiklərin hazırlanmasını aid etmək olar. Probiotiklərin bağırsaqda fəaliyyəti nəticəsində sintez olunan, postbiotiklər adlanan metabolizm məhsulları çox geniş müalicəvi xassələrə malikdir və bu maddələrə qarşı mikroblarda davamlılıq yaranmır. Məqalədə antibiotiklərə davamlılığın qarşısını almaq üçün müxtəlif postbiotik metabolitlərinin istifadəsində yeni konsepsiyalar irəli sürülüb.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar: