2021-ci il okttyabr ayının 21-də BDU Tətbiqi riyaziyyat ET İnstitutnda ABŞ və Rusiyanın neft problemləri üzrə mütəxəssisləri ilə görüş keçirilmişdir. Görüşdə birgə pilot layihə üzərində aparılan iş müzakirə olunmuşdur. Layihə çərçivəsində skin-faktoru müsbət olan quyuların filtrasiya zonasındakı süzülmə prosesini yaxşılaşdıran praktiki metodun işlənib hazırlanması nəzərdə tutulur ki, bunun da tətbiqi nəticəsində azdebitli quyuların məhsuldarlığının artırılması əldə edilə bilər. Görüşdə instittun direktoru akademik Fikrət Əliyev, BDU-nun elm idarəsinin rəisi professor Mais Süleymanov, xarici mütəxəssislər Aleksandr Tkaç və Nazil Bəyverdiyev iştirak etmişlər.
Müzakirə zamanı qeyd olunmuşdur ki, BDU TRETİ-də alınan nəzəri nəticələrin praktikaya tətbqi konkret az debitli quyularda müsbət nəticələr verir, onların neft verimini əhəmiyyətli dərəcədə artırır.