Bu gün Qazaıstanlı alimlər, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Matin Dayren Tyulyutaeviç və Ph.D. doktor Nurjan Bokaev Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun qonağı oldular. Qonaqları İnstitutun direktoru akademik Fikrət Əliyev qarşladı.
Qonaqlar institutla tanış olduqdan sonra, institutun direktoru akademik Fikrət Əliyev onlara institutda aparılan elmi istiqamətlər, son illərdə alınan elmi nəticələr, çap olunan jurnallar, institut tərəfindən keçirilən konfranslar haqda ətraflı məlimat verdi. Həmçinin birgə tədqiqat işlərinin aparılması üçün müəyyən razılıqlar əldə edildi.
Qonaqlara Tətbiqi Riyaziyyat Elmi Tədqiqat institutunda cap olunan “Applied and Computational Mathematics an International Journal” və ” TWMS Journal of Pure and Applied Mathematics” jurnalları haqda ətraflı məlumat verildi.