QISA BİOQRAFİK MƏLUMAT
1957-ci il fevral ayının 22-də Salyan şəhərində anadan olmuşdur.
1973-1978 BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1983 BDU çalışır.
2014 AMEA-nın müxbir üzvü seçilmişdir.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1973-1978 tələbə, Mexanika-riyaziyyat fakültəsi, BDU
1981-1983 aspirant, Mexanika-riyaziyyat fakültəsi, BDU
1983 f.-r.e.n., "Anizotrop sinqulyar inteqral operatorların tədqiqi", BDU
1994 f.-r.e.d., "Bircins qruplarda və oblastında təyin olunmuş funksiyalar fəzalarında inteqral operatorlar", V.A. Steklov adına Riyaziyyat İnstitutu
ƏMƏK FƏALİYYƏTİ
1983-1995 BDU-nun "Riyazi analiz" kafedrasında asistant, baş müəllim, dosent, 1995-ci ildən 2008-ci ilə kimi professor vəzifələrində, 2008-ci ildən indiyə kimi BDU-nun "Riyazi analiz" kafedrasında əvəzçilik ilə professor vəzifəsində;
1995-1998 RMİ-də əvəzçilik ilə "Riyazi fizika tənlikləri" şöbəsində işləmiş, 1998-ci ildə bu şöbədə "Harmonik analiz aparatının riyazi fizika tənliklərinə tətbiqi" qrupuna rəhbərlik;
1999-2001 "Riyazi analiz" şöbəsində "Harmonik analiz" laboratoriyasına rəhbərlik etmiş, 2001-2003-cü illərdə "Riyazi analiz" şöbəsinin müdir müavini vəzifəsində;
2005-2014 RMİ-nin "Riyazi analiz" şöbəsinin baş elmi işçisi vəzifəsində, 2014-cü ildən hal-hazıra kimi RMİ-nin "Riyazi analiz" şöbəsinin müdürü vəzifəsində;
2015-2019 AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Elmi işlər üzrə direktor müavini vəzifəsində;
2019-2021 BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda baş elmi işçisi;
2021 hal hazıradək Bakı Dövlət Universitetinin nəzdindəki Tətbiqi Riyaziyyat ETİ-də elmi işlər üzrə direktor müavini vəzifəsi;
2015 Rusiya Xalqlar Dostluğu Universitetinin akad. S.M.Nikolski adına Riyaziyyat İnstitutunun xarici tədqiqatçı kimi baş elmi işçisidır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür.
TƏDQIQAT SAHƏSI
Bircins tipli fəzalarda və bircins Li qruplarında təyin olunmuş harmonik analizin inteqral operatorlarının yeni funksional fəzalarda tədqiqi
Lokal və qlobal Morri tipli fəzalarda Harmonik analizin müasir problemlərinin tədqiqi
İkiçəkili bərabərsizliklər
Çoxdəyişənli diferensiallanan funksiyalar fəzaları üçün daxilolma teoremləri
Karnot qruplarında təyin olunmuş funksional fəzalar üçün yaxınlaşmalar nəzəriyyəsi
Banax qiymətli funksional fəzalar nəzəriyyəsi
Çoxölçülü kompleks oblastlarda təyin olunmuş holomorf və harmonik funksiyalar fəzaları nəzəriyyəsi
Bessel, Laqer, Gegenbauerə, Dankl və Çebli-Trimeçe hiperqruplarında harmonik analizin müxtəlif məsələlərinin tədqiqi;
Diferensial tənliklərə tətbiq məsələləri.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2019 Rostov-Don, Rusiya, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
2019 Konya, Türkiyə, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
2019 Kütahya, Türkiyə, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
2018 Bişkek, Kırğızıstanın, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
2017 Astana, Qazağıstan, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
2017 Rostov-Don, Rusiya, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
2016 Kırşehir, Türkiyə, Beynəlxalq konfrans - İCAA, Dəvətli məruzəçi
2015 Moskva, Rusiya, Dəvətli məruzəçi
2014 Kütahya, Türkiyə, Dəvətli məruzəçi
2014 Padova, Italiya, Dəvətli məruzəçi (Workshop)
2013 Padova, Italiya, Dəvətli məruzəçi
2013 Pekin, Çin, Dəvətli məruzəçi
2011 Aveiro, Portuqaliya, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
2009 London İmperial Kolleci, Böyük Britaniya, VII-ci İSAAC konqresi, Dəvətli məruzəçi
2008 Novosibirski, Moskva, Beynəlxalq konfrans, Dəvətli məruzəçi
RƏHBƏRLIK ETDİYİ DİSSERTASİYALAR
21 elmlər namizədi və 5 elmlər doktoru