MONİTORİNQ, TƏHLİL VƏ AKKREDİTASİYA ŞÖBƏSİ

BDU Elmi Şurasının 2023-cü il 11 iyul tarixli Qərarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cü il 16 aprel tarixli 172-ci nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin 3.1.21-ci yarımbəndini rəhbər tutaraq Rektorun 12 iyul 2023-cü il tarixli R-96 nömrəli əmri ilə Keyfiyyət təminatı Mərkəzi və onun nəzdində Monitorinq, təhlil və akkreditasiya şöbəsi yaradılmışdır.

 

Şöbənin əsas fəaliyyət istiqamətləri

  • Keyfiyyət təminatı və inkişafına yönəlmiş siyasət və prosedurların formalaşdırılması, nəzərdən keçirilməsi, icrası, monitorinqi, eləcə də keyfiyyət mədəniyyətinin qurulması prosesində iştirak.
  • Keyfiyyət təminatı fəaliyyətinin səmərəli təşkil edilməsində iştirak.
  • Struktur bölmələrin fəaliyyətinin, tədrisin təşkilinin, təhsil proqramlarının icrasının, beynəlmiləlləşmə və elmi-tədqiqat fəaliyyətlərinin keyfiyyətinin monitorinqi.
  • Maraqlı tərəflərdən müxtəlif sorğuların keçirilməsi və nəticələrinin təhlili.
  • İnstitutsional və (və ya) proqram akkreditasiyası üzrə illik əsasda özünütəhlilin aparılması, eləcə də akkreditasiya sonrası verilmiş tövsiyələrin icrasının monitorinqi.
  • İxtisasların və (və ya) ixtisaslaşmaların beynəlxalq proqram akkreditasiyalarında keçirilməsi istiqamətində fəaliyyətlərin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası.

 

 

Şöbənin əsas vəzifələri

  • Keyfiyyət təminatı siyasətinin maraqlı tərəflərin cəlb olunması ilə hazırlanması, yenilənməsi, təkmilləşdirilməsi və müvafiq fəaliyyət planı əsasında icrasında iştirak.
  • Tədris-proqram sənədlərinin (fənn proqramı və sillabus) və tədris-metodiki materialların keyfiyyətinin monitorinqi proseslərinin təşkili.
  • Struktur bölmələrin fəaliyyətinin, tədrisin təşkilinin, təhsil proqramlarının icrasının, elmi-tədqiqat və beynəlmiləlləşmə istiqamətində fəaliyyətlərin keyfiyyətinin monitorinqi proseslərinin təşkili.
  • Maraqlı tərəflərdən (təhsilalan, təhsilverən, məzun və s.) məmnuniyyət sorğularının keçirilməsi prosesinin təşkili və nəticələrinin təhlili.
  • Tələbə dəstək xidmətlərinin (Tibbi xidmət, psixologiya xidməti, tyutor xidməti, yataqxana, yeməkxana və s.) səmərəliliyinin qiymətləndirilməsi proseslərinin təşkili.
  • Ali təhsil pilləsi üzrə institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları əsasında struktur bölmələrin hesabatlılığının formalaşmasının, eləcə də illik əsasda özünütəhlilin aparılmasının təmin olunması.
  • Ali təhsil pilləsi üzrə institusional və (və ya) proqram akkreditasiya qiymətləndirilməsi zamanı Təşkilat Komissiyasının fəaliyyətinə və özünütəhlilin aparılması prosesinə nəzarət edilməsi.
  • Akkreditasiya sonrası verilmiş tövsiyələrin icrası vəziyyətinin monitorinqinin təşkili.
  • Keyfiyyət təminatı sahəsində olan beynəlxalq və yerli təcrübənin öyrənilməsi və müvafiq qaydada yerli konteksdə icrasının təmin olunması.
  • Biliyi qiymətləndirmənin şəffaf, obyektiv, tələbəyönlü və səriştə əsaslı olmasının mütəmadi monitorinqinin təşkili.
  • Akademik dürüstlüyün təşviqi, akademik müstəqilliyin qorunması üçün tədbirlərin görülməsi və köçürmə hallarına qarşı mübarizə fəaliyyətlərinin səmərəliliyinin qiymətləndirilməsinin təşkili.
  • Fəaliyyət istiqamətinə uyğun analitik materialların və (və ya) təlimatların hazırlanmasında iştirak.
  • Fəaliyyət istiqamətinə aid formalaşdırılmış müvafiq Komissiyaların və (və ya) işçi qrupların fəaliyyətinin təşkili və əlaqələndirilməsi.
  • İxtisasların və (və ya) ixtisaslaşmaların beynəlxalq akkreditasiyadan keçirilməsi prosesinin təşkil olunması, eləcə də müsbət qərar verilmiş akkreditasiya nəticələrinin dövlət akkreditasiyası üçün nəzərə alınması məqsədi müvafiq qaydada müraciətlərin edilməsi.
  • İxtisasların və (və ya) ixtisaslaşmaların beynəlxalq proqram akkreditayalarında keçirilməsi istiqamətində fəaliyyətlərin digər struktur bölmələrlə əlaqəli şəkildə təşkili və koordinasiyası.
  • Öz fəaliyyət istiqamətinə uyğun olaraq hesabatlılığın müvafiq qaydada və müəyyən olunmuş tezlikdə təmini.
  • Rektor tərəfindən həvalə edilmiş bu Əsasnamə ilə müəyyən olunmuş səlahiyyətlər daxilində digər funksiyaların həyata keçirilməsi.

 

 

Şöbənin əsas hüquqları

  • Sruktur bölmələrdən müvafiq məlumatları tələb etmək, təqdim olunmuş məlumatları nəzərdən keçirmək və məlumatların etibarlı, əsaslı və yetərli olmasını müəyyənləşdirmək və düzəlişlər tələb etmək.
  • Keyfiyyət təminatı sisteminin səmərəliliyinin artırılması məqsədi ilə təkliflər hazırlamaq və müvafiq qaydada təqdim etmək.
  • Müvafiq struktur bölmələrdə planlı və növbədənkənar monitorinqlər həyata keçirmək.
  • Şöbənin işinin təşkili üçün Komissiyalar və (və ya) işçi qruplar formalaşdırmaq.
  • Keyfiyyət təminatına dair fərdi və ya kollektiv qaydada şifahi dinləmələr və müzakirələr aparmaq.
  • Monitorinq sonrası verilmiş tövsiyələrin icrasına dair müvafiq struktur bölmələrdən hesabatlar tələb etmək.
  • Monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı olaraq struktur bölmələrə tövsiyələr vermək.
  • Struktur bölmə rəhbərlərinə işlərin (xidmətlərin) keyfiyyətinin artırılmasına istiqamətlənmiş tədbirlərin görülməsinə dair tövsiyələr vermək.
  • Keyfiyyətin artırılması istiqamətində müvafiq struktur bölmələri və digər maraqlı tərəfləri bu tədbirlərin həyata keçirilməsinə cəlb etmək.
  • Yaranmış zərurətlə əlaqədar olaraq iş yerlərinə, auditoriya və laboratoriyalara maneəsiz daxil olmaq, nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirmək.
  • Səlahiyyətləri çərçivəsində xidməti yazışmalar aparmaq.