Şöbənin vəzifələri:
- Fakültələr, kafedralar, elmi-tədqiqat institut, mərkəz və laboratoriyalarla davamlı qarşılıqlı əlaqə əsasında BDU-da elmi fəaliyyəti təşkil etmək, monitorinqini və təhlilini aparmaq, hesabatlar hazırlamaq;
- Elmi-tədqiqat fəaliyyətinə dair hesabat sənədlərini hazırlamaq;
- Dissertasiya Şuralarında müdafiə olunmuş dissertasiya işləri, çap olunmuş monoqrafiyalar, dərslik və dərs vəsaitləri, metodik vəsait və göstərişlər, məqalə, konfrans materialı və tezislər barədə statistik məlumatlar hazırlamaq;
- Mühüm əhəmiyyətə malik tətbiqi xarakterli elmi işlər və onların səmərəliliyi haqqında məlumatlar hazırlamaq;
- BDU-nun elmi fəaliyyətilə bağlı məsələlərin həllində və sənədlərin hazırlanmasında universitetin digər struktur bölmələrinə kömək etmək;
- BDU-nun elmi və innovativ fəaliyyətinin prioritet sahələrinin müəyyənləşdirilməsi və struktur bölmələrin inkişafına kömək etmək.
Şöbənin funksiyaları:
- Elmi fəaliyyəti planlaşdırmaq;
- Elmi fəaliyyətinin prioritet istiqamətlər üzrə inkişaf perspektivlərini müəyyənləşdirmək;
- BDU-nun struktur bölmələrində elmi-tədqiqatların plan üzrə yerinə yetirilməsinə nəzarət etmək;
- Elmi-metodiki yardım göstərmək və intellektual fəaliyyətin nəticələrinin həyata keçirilməsinə köməklik göstərmək;
- Elmi nəticələrinin toplanması, təhlili, tətbiqi tədqiqat nəticələri barədə məlumat bazasını yaratmaq.