BDU-nun magistraturasına qəbul olan şəxslərin nəzərinə
Bakı Dövlət Universitetinin (BDU) magistratura səviyyəsinə qəbul olan bakalavrlar 9-18 iyul tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətini seçməlidirlər.
2024/2025-ci tədris ilində BDU-ya magistratura səviyyəsi üzrə qəbul olan bakalavrlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Bakalavr diplomunun və diploma əlavənin surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər);
2. 2023/2024-cü tədris ilində məzun olan şəxslər tərəfindən universiteti bitirdikləri haqqında arayış;
3. Ödənişli əsaslarla magistratura səviyyəsinə qəbul olunan şəxslər üçün təhsil haqqını ödəmək haqqında qəbzin surəti;
4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün);
5. Ad və ya soyadın dəyişdirilməsini təsdiq edən sənəd (dəyişdirənlər üçün).
Ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I (birinci) ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.