BDU doktorantlarının nəzərinə!
İspaniyanın Qranada Universiteti 2024-2025-ci tədris ili üçün "Erasmus KA 171" beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində doktorantlar üçün 3 aylıq Phd təqaüd proqramı (hər ay üçün 850 avro + səyahət xərcləri ) elan edir.
Seçim iki mərhələdə həyata keçiriləcək.
Təqdim olunacaq sənədlər araşdırıldıqdan sonra tələblərə cavab verən namizədlər ikinci mərhələyə dəvət olunacaqlar.
Tələb olunan sənədlər: CV, diplomların surəti (bakalavr və magistr), motivasiya məktubu, pasport, elmi əsərlərin siyahısı
Son müraciət tarixi: 15.10 2024-cü il
Qeyd: Qranada Universitetində elmi rəhbərin müəyyən edilməsi mütləqdir.
Əlavə məlumat üçün [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.