BDU-da “Elm günləri”nə start verilib

Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində silsilə elmi seminarlar başlayıb.

17.03.2022-ci il tarixində TRET İnstitutun növbəti seminarı keçirildi.

Seminarda İnstitutun direktoru akademik Fikrət Əliyev "Elm günü ərəfəsində BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nun əldə etdiyi elmi uğurlar" mövzusunda məruzə etdi.

Məruzədə son illərdəTətbiqi Riyaziyyat ETİ -də əldə oluna elmi nəticələr və onların konkret praktiki sahələrə tətbiqləri, aparılan elmii təşkilati fəaliyyət haqqında məruzə ediləcək. İnstitutda riyaziyyat üzrə fəlsəfə dokturu və riyaziyyat üzrə elmlər doktoru istiqamətində dissertasiya işləri hazırlanmasından, elmi kadrların hazırlanması istqamətində elmi-tədqiqat işləri aparılmasından da bəhs ediləcək. İnstitut beynəlxalq əlaqələrin genişləndirilməsini də həmişə diqqət mərkəzində saxlamış, dünyanın müxtəlif ölkələrində yerləşən elm və təhsil müəsisələri ilə səmərəli əməkdaşlıq qura bilmişdir. Belə ki, Almaniya, Çexiya, Ukrayna, Belorusiya, Kazaxstan, Özbəkistan ilə birlikdə yerinə yetirilən “SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology” layihəsi çərçivəsində qrant üzvləri elmi  vebinarda iştirak ediblər. Hesabat ilində 11 elmi vebinar kecirilmişdir. İnstitutda ilk dəfə pilotsuz uçan dronların riyazi modeli qurulmuş və onun havaya qaldırılması alqoritimləri işlənib hazırlanmışdır. Həmçinin bunların komputer simulyasiyası hazırlanmışdır.

İnstitutda elmin bu və ya digər istiqamətində işlər uğurla davam etdirilir və qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində işlər səylə aparılır.