BDU alimi İtaliyanın Padova Universitetində fəlsəfə doktoru dissertasiya işinin müdafiısində komissiyanın üzvü olmuşdur

11/08/2021

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun Elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev İtaliyanın Padova Universitetində fəlsəfə doktoru dissertasiya işinin müdafiəsində komisssiyanın üzvü kimi dəvət edilmişdir. Alim professorlar Ryskul Oinarov və Massimo Lanza de Cristoforisin rəhbərlikləri altında hazırlanmış “Embeddings of spaces with multiweighted derivatives and their applications” adlı disertasiya işinin müdafiəsində komisssiyanın üzvü kimi iştirak etmişdir. Müdafiə onlayn keçirilib və uğurla yekunlaşıb.

Qeyd edək ki, bununla professor Vaqif Quliyev 4-cü dəfə Padova Universitetində fəlsəfə doktoru disertasiya işinin müdafiəsində komisssiyanın üzvü kimi iştirak etmişdir.