Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və  “Riyazi analiz” kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Advances in Nonlinear Analysis” (https://www.degruyter.com/journal/key/anona/html(WoS, IF-4.200)   Q1 yüksək  impakt faktorlu jurnalda dərc edilib.

“Ümumiləşmiş Orlicz-Morrey fəzalarında həqiqi Kalderon-Ziqmund operatorları və onların kommutatorlarınin xarakteristikası”  adlı məqalədə ümumiləşmiş Orlicz–Morrey fəzalarında həqiqi Kalderon–Ziqmund operatorlarının zəif/güclü məhdudluğu üçün zəruri və kafi şərtlər əldə edilmişdir. Həmçinin bu fəzalarda həqiqi Kalderon-Ziqmund operatorlarının kommutatorlarının məhdudluğu araşdırılmışdır.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://www.degruyter.com/document/doi/10.1515/anona-2022-0307