Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Applicable Analysis” (https://www.tandfonline.com/journals/gapa20) (WoS, IF-1.1) Q3 yüksək impakt faktorlu jurnalda dərc edilib.
“Dəyişən dərəcəli lokal Morri-Lorentz fəzalarında maksimal və Kalderon-Ziqmund operatorları və onların tətbiqləri” adlı məqalədə yeni dəyişən dərəcəli lokal Morri-Lorentz fəzalarının tərifi verilir və bu fəzalarda maksimal və Kalderon-Ziqmund operatorlarının məhdudluğu isbat edilir. Sonda bu nəticələr Boxner-Riss, vahidin approksimasiyasi və Marsinkeviç operatorlarınıa dəyişən dərəcəli lokal Morri-Lorentz fəzalarinda tətbiq edilir.
Məqaləni oxumaq üçün linkə keçid edin:
https://www.tandfonline.com/doi/abs/10.1080/00036811.2021.1952995