Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub. Məqalə “Results in Mathematics” (https://www.springer.com/journal/25) 1.199 yüksək impakt faktorlu Q2 kateqoriyalı jurnalda dərc edilib.
“Stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında kommutatorların BMO fəzalarında xarakterizasiyası” adlı məqalədə stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında kəsr maksimal kommutator operatorun və kəsr maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınmışdır. Bu nəticələrin tətbiqi olaraq stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal kommutator operatorun və kəsr maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılmişdir.
Məqaləni oxumaq üçün linkə keçid edin:
https://link.springer.com/article/10.1007/s00025-021-01578-0