Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Mathematische Nachrichten”  1.199 yüksək impakt faktorlu  Q2 kateqoriyalı jurnalda dərc edilib.

“Ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında Riss potensialı və onun kommutatoru” adlı məqalədə ümumiləşmiş çəkili  Orliç-Morri fəzalarında Riss potensialının Adams tipli məhdudluğu üçün meyar verilmışdır.  Bu nəticələrin tətbiqi olaraq ümumiləşmiş çəkili  Orliç-Morri fəzalarında Riss potensialının kommutatorunun Adams tipli məhdud olması üçün zəruri və kafi şərtlər tapılmişdir.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://onlinelibrary.wiley.com/doi/10.1002/mana.201900559

https://onlinelibrary.wiley.com/journal/15222616