Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin müəllifi olduğu məqalə çap olunub. Məqalə “Mathematical Inequalities and Applications” (http://mia.ele-math.com/volume/26)  (WoS, IF-1.014) yüksək impakt faktorlu  Q2 kateqriyalı jurnalda dərc edilib.

“Stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal funksiyanın kommutatorunun Lipşitz funksiyaları ilə xarakterizasiyası”  adlı məqalədə stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal kommutator operatoru və maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınmışdır.  Bu nəticələrin tətbiqi olaraq stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal kommutator operatorun və maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılmişdir.