Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Mathematical Methods in the Applied Sciences” (https://doi.org/10.1002/mma.8303) 1.485 yüksək impakt faktorlu Q1 kateqriyalı jurnalda dərc edilib.
“Məhdud kvazimetrik ölçü fəzaları üzərində dəyişən Lebeq fəzalarında kəsrli maksimal operatorun kommutatorları” adlı məqalədə məhdud kvazimetrik ölçü fəzaları üzərində dəyişən Lebeq fəzalarında BMO kommutatorlu kəsr maksimal kommutator və kəsr maksimal operatorun kommutatoru araşdırılmışdır. Dəyişən Lebeq fəzalarında bu operatorların məhdudluğu üçün zəruri və kafi şərtlər verilmişdir. Bundan əlavə, BMO-nun müəyyən alt fəzaları üçün bəzi yeni xarakteristikalar əldə edilmişdir.
Məqaləni oxumaq üçün linkə keçid edin: