TRET İnstitutunun direktoru, akademik Fikrət Əliyev "Respublika" qəzetinə müsahibə verib.
Ölkəmizdə keçirilən beynəlxalq elmi konfranslar bu məqsədə çatmaq üçün ən yaxşı platformadır
Bu gün Azərbaycanda elmin inkişafına kifayət qədər dövlət qayğısı var. Fundamental elmin müxtəlif sahələrində çalışan alimlərin qarşısında isə dünya elmində gedən proseslərə daha sıx inteqrasiya olunmaq, beynəlxalq aləmdə tanınmaq kimi vacib məsələlər durur. Azərbaycan alimləri həm də elmimizin dünyada tanıdılması istiqamətində birgə fəaliyyətə üstünlük verir. Bu baxımdan, keçirilən elmi toplantılar, konfranslar da böyük əhəmiyyət kəsb edir.
Bakıda keçirilən Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransında (COIA-22) qlobal elmi problemlərin həlli istiqamətində birgə fəaliyyəti təmin etmək məqsədilə dünyanın elm adamları növbəti dəfə bir araya gəldilər.
Qeyd edək ki, COIA konfranslar silsiləsi 2005-ci ildən Azərbaycanda start götürüb. Daha sonra 2008, 2015, 2018 və 2020-ci illərdə Bakıda, 2011-ci ildə Türkiyənin Bilkənt Universitetində, 2013-cü ildə Bolqarıstanın Sofiya Texniki Universitetində keçirilib. COVID-19 pandemiyası ilə əlaqədar olaraq builki konfrans hibrid formatda, yəni onlayn və əyani şəkildə baş tutub. Tədbirdə 30-dək ölkənin tanınmış alimləri iştirak ediblər.
https://respublika-news.az/news/azerbaycan-elminin-dunya-elmine-inteqrasiyasi