05/08/2021 tarixində Tətbiqi Riyaziyyat ETİ-nin direktoru akademik Fikrət Əliyev, İnstitutun əməkdaşları f.r.e.n. Nərgiz Səfərova, f.r.e.n. Qəmər Məmmədova, BDU-nun Mexanika-Riyaziyyat fakultəsinin dekanı professor Nizaməddin İsgəndərov, fakultənin əməkadşı f.r.e.n. Elvin Əzizbəyov SOMPATY - Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology layihəsi çərçivəsində keçirilən vebinarda iştirak ediblər.
SOMPATY layihəsinin məqsədi Azərbaycan, Belarusiya, Çex Respublikası, Almaniya, Qazaxıstan, Ukrayna və Özbəkistanın universitetləri və tədqiqat təşkilatları arasında kadr mübadiləsi, birgə tədqiqat və təlim işlərinin aparılmasıdır. Bu layihə, Avropa ilə Müstəqil Dövlətlər Birliyi arasında tədqiqat əlaqələrini daha da inkişaf etdirilməsinə yönəlmişdir.
Bu layihədə iştirak edən tədqiqat institutları, spektral optimallaşdırma və nano texnologiya, həyat elmləri və kvant mexanikasında tətbiqetmə mövzusunda güclü bir araşdırma mərkəzinə sahibdirlər.
SOMPATY layihəsi çərçivəsində 2020 ilə 2024 illər arasında dörd layihə tədbiri (ildə bir dəfə) təyin edilmişdir.
Plenar məruzə ilə Lübeckdən professor Jürgen Presti çıxış etdi.