Akademik Fikrət Əliyev AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin Ümumi yığıncağında çıxış edib

27 iyul 2021-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Türk Dünyası Riyaziy­yat Cəmiyyətinin “TWMS Journal Pure and Applied Mathematics” jurnalının impakt faktor alması barədə məlumat verib. Qeyd edib ki, jurnal “Riyaziyyat” kateqori­yasında 330 beynəlxalq nəşr ara­sın­da 43-cü yerdə (Q1 bölməsində), “Tətbiqi riyaziyyat” kateqoriyasında 265 beynəlxalq nəşr arasında 84-cü yerdə (Q2 bölməsində) qərarlaşıb.

Akademik Rasim Əliquliyev AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin və FRTEB-in Ümumi yığıncağının adından jurnalın redaksiya heyətini və əməkdaşlarını elmimizin əlamətdar uğuru münasibətilə təbrik edib.