Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun və Ahi Evran Universiteti Fenn Edebiyyat Fakultesi Matematik Bölümünün birgə seminarı

09.03.2022-ci il saat 15:30-da Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı və Ahi Evran Universiteti Fenn Edebiyyat Fakultesi Matematik Bölümünün birgə seminarı keçirilmişdir. Seminarda Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev "Bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qiymətləndirmələri" mövzusunda məruzə etmişdir.

Məruzədə bircins qruplarda bir sinif hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qitmətləndirmələri bircins qruplarda Kalderon-Ziqmund operatorlarının və kəsr inteqral operatorunun doğurduğu subxətti operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğunu göstərməklə alınmaşından danışılacaqdır. Baxılan subxətti operatorlar harmonik analizin bir çox operatorlarını, o cümlədən, bircins qruplarda təyin olunmuş  Hardi-Littlvud və kəsr maksimal operatorları, Kalderon-Ziqmund sinqulyar inteqral operatorları, kəsr inteqral operatorları və s. özündə saxlayır.