30.01.2024-cü il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda İnstitutun dissertanti Ülviyyə Rəsulova "Mexaniki sistemlərin idarə olunması alqoritmlərinin realizə edilməsinə sistemli yanaşma" mövzusunda məruzə etdi.

Məruzədə mövzuda mexaniki sistemlərin idarə olunmasına sistemli yanaşmanın bəzi aspektləri şərh olunmuşdur. Mexaniki sistemlərinin idarə olunmasının bəzi xüsusiyyətləri araşdırılmış və idarəetmə məsələlərinin bir sistem kimi mühüm əlamətləri tədqiq olunmuşdur.

Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
 
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.