29.10.2024-cü il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda r.e.d. Yaqub Şərifov "İnteqral sərhəd şərtli qursa-darbu sisteminin tədqiq edilməsi"  mövzusunda məruzə etdi.
Təqdim olunan işdə hiperbolik tip qeyri-xətti diferensial tənliklər sistemi üçün inteqral sərhəd şərtli məsələ tədqiq edilmişdir. İlk dəfə olaraq baxılan məsələ üçün Qrin funksiyası qurulmuşdur və sərhəd məsələsi uyğun inteqral tənliyə gətirilmişdir. Bundan əlavə, Banaxın sıxılmış inikas prinsipinin köməyi ilə sərhəd məsələsinin həllinin varlığı və yeganiyi haqqında teorem isbat edilmişdir.   

Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.

Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.