Seminarda professor Arazov Həsənbəy "Qeyri-xətti dinamiki sistemlərdə zaman və təbiət hadisələri haqqında" mövzusunda məruzə etdi.
Təbiət hadisələrinin formalaşmasında, dinamik sistemlərdə, müəyyən bir zamanda çoxsaylı obyektlər iştirak edir. Onların halları, hərəkətləri, dəyişkənliyi müəyyən resurslarla birlikdə təbiət hadisələrinin doğulmasını təmin edir. İlkin şərtləri təmin etdikdən sonra onların balanslaşdırılması və təkamülüdə uzun müddət diqqət tələb edir. Onu da qeyd edək ki, arı məhsullarının hazırlanmasında, torların toxunmasında, vulkan püskürmələrində, zəlzələlərdə, sunamilərdə, müxtəlif müharibələrdə və digər təbiət hadisələrinin proqramlaşdırılmasında bir çox yer və göy cisimləri fəal iştirak edir. Buna baxmayaraq, onların hamısının dinamik sistemlərdə, məkanda və zamanda öz mövcudluq dövrləri, yeri, gücü var.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.