28.01.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda TRETİ-nin elmi işlər üzrə direktor müavini Hikmət Axundov "Bir iqtisadi modelin gostəricilərinin qeyri-hamar analizin elementləri vasitəslə araşdırılması" mövzusunda məruzə etdi.

Məruzədə qeyri-hamar analizin elementlərindən istifadə etməklə, riyazi olaraq iqtisadi göstəricilər arasında əlaqəyə baxılır. Diferensial daxilolmadan istifadə etməklə iqtisadi göstəricilər arasında əlaqə kompakt çoxluqlar vasitəsilə araşdırılır.

Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.

Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.