Seminarda İnstitutun direktoru akademik Fikrət Əliyev çıxış edərək bildirdi ki, 2018-ci il 9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanda elm və təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması ölkənin əsas istiqamətlərindəndir.
Ölkəmizin inkişafı, təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bağlıdır.
O bildirdi ki, elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğı xalqımızın tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edir.
Həmçinin Fikrət Əliyev institutun əməkdaşlarının dünya elminə verdikləri töhvələri xüsusi ilə vurğuladı.
Sonra institutun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və şöbə müdiri, t.r.d. Mütəllim Mütəllimov çıxış edərək Elm günü ilə baglı öz fikirlərini bildirdilər.