Seminarda Sumqayıt Dövlət Universitetinin müəllimi Ülviyyə Əliyeva "Qərarlaşmayan dalğa proseslərinin reologiyalı mühitlərdə riyazi modelləşdirilməsi və tədqiqat üsulları" mövzusunda məruzə etdi.
İşdə xarici təsadüfi qüvvələrin təsiri ilə reologiyalı mühitlərdə yaranan qərarlaşmayan dinamik dalğaların yayılmasının riyazi modeli qurulmuşdur. Burada inteqral çevirmələr və ardıcıl yaxınlaşma üsullarından istifadə edilmişdir. Qurulmuş riyazi modellər və işlənmiş həll üsulları layihələndirmə proseslərində istifadə edilə bilər.