Seminarda aparıcı elmi işçi r.e.d. Nailə Vəliyeva "Natamam əks əlaqə halında tənzimləyicilərin qurulması üçün hesablama alqoritmi" mövzusunda məruzə etdi.
İşdə natamam əks əlaqə halında tənzimləyicilərin qurulması alqoritmi verilib. Məsələnin həllində cəbri Rikkati tənliyinin həllindən istifadə edilir. Faza koordinatlarının müəyyən müşahidə nöqtələrini verməklə həllin qiymətləndirilməsi verilir və sistemi dayanıqlı edən tənzimləyici qurulur.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.
Sonra Tətbiqi Riyaziyyat ETİ-nin Elmi Şurasının 2024-cü il üçün iş planının müzakirəsi keçirildi.