24.09.2024-cü il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda t.e.d. Mütəllim Mütəllimov "İnersial naviqasiya sisteminin verilənlərini nəzərə almaqla kvadrokopterin hərəkətinin tənzimlənməsi alqoritmi" mövzusunda məruzə etdi. 

İşdə kvadrokopterin hərəkətinin tənzimlənməsi üçün optimal requlyatorun sintezi alqoritmi təklif edilir. İşlənmiş alqoritmin yeni xüsusiyyəti inersial naviqasiya sisteminin nəzərə alınmasıdır. Təkli olunan alqoritm üçün parametrlərin ədədi qiymətləri müəyyən edilmişdir. Təqdim olunan alqoritm kvadrokopterlərdə tətbiq edilmək üçün daha əlverişlidir. Alınan nəticələr geniş sinif pilotsuz uçuş aparatlarında da istifadə oluna bilər.

Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.

Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.