Seminarda ADNSU professoru Xanlar Həmzəyev "Elastik rejimdə işlənən bir quyulu layda sərhəd rejiminin identifikasiyası" mövzusunda məruzə etdi.
Işdə silindrik neft layının elastik rejimdə işlənməsi zamanı baş verən birfazalı süzülmə prosesinə baxılır. Başlanğıc lay təzyiqi və quyunun ümumi hasilatı verilmiş sayılır. Layın xarici sərhəddindəki rejimin identifikasiyası məsələsinə baxılır.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.