22.05.2024-cü il saat 12-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin "Riyazi fizika tənlikləri" kafedrası ilə birlikdə təşkil olunmuş seminarda disertant Könül Məmmədovanın "Yüksək tərtibli cırlaşan parabolik tənliklərin həllərinin keyfiyyət xüsusiyyətləri" mövzusunda dissertasiya işinin müzakirəsi keçirildi.

Seminarda institutun əməkdaşları, "Riyazi fizika tənlikləri" kafedrasının dosentləri Saleh Əhmədov, Zakir Xankişiyev, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.

Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.
Çıxışdan sonra t.e.d. Mütəllim Mütəllimov, r.e.d. Nizaməddin İsgəndərov, r.e.d. Sarvan Hüseynov, dosent Saleh Əhmədov, dosent Zakir Xankişiyev çıxış edərək məruzəçinin işini yüksək qiymətləndirdilər, disertasiya işinin növbəti mərhələyə buraxılmasını tövsiyə etdilər.