Seminarda TRETİ-nin şöbə müdiri r.e.d. Etibar Pənahov "Şturm-Liuvil və Dirak operatorları üçün dövri və yarımdövri tərs məsələlər" mövzusunda məruzə etdi.
Məruzədə üç spektra görə periodik və antiperiodik şərtlər saxlandıqda Şturm-Liouville və Dirac operatorları üçün spektral nəzəriyyənin tərs məsələlərinə baxılır. Hill və ya Lyapunov funksiyaları eyni olub, üçüncü spektrlər fərqli olan halda potensiallar fərqi üçün düsturlar yazılır və çevirmə operatorunun, tərs məsələnin əsas inteqral tənliyinin ümumiləşmiş cırlaşan olduğu göstərilir.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.