Seminarda institutun direktoru akademik Fikrət Əliyev "Zaman intervalının müəyyən hissəsində idarediciyə bərabəlik şəklındə məhdudluq qoyulduqda xətti kvadratik optimallaşma məsələsinin həlli alqoritmi" mövzusunda məruzə etdi.
İşdə zaman intervalının müəyyən hissəsində idarəedici təsirə bərabərlik şəklində məhdudiyyət qoyulduqda xətti-kvadratik optimallaşdırma məsələsinə baxılır. Genişlənmiş funksionalı qurmaqla müvafiq Eyler-Laqranj tənlikləri alınır ki, onları da həll etməklə zaman intervalının hər bir hissəsində, yəni idarəediciyə məhdudiyyət olmayan hissədə və idarəedicinin məhdudiyyəti olduğu hissədə idarəedici təsir və müvafiq trayektoriya qurulur. Nəticə kvadrokopterin şaquli yuxarıya doğru hərəkəti və müəyyən hündürlükdə asılı qalması halına tətbiq oluna bilər.