19.12.2023-CÜ İL SAAT 10-00 TARİXİNDƏ İNSTİTUTUN NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ

Seminarda  professor Nihan Əliyev "Kəsr tərtib  törəməli tənliklər üçün məsələlər (Yeni törəmə  və inteqral haqqında)" mövzusunda məruzə etdi. 
 
Adi, sabit əmsallı bircins kəsr tərtib törəməli tənliklər üçün Koşi və sərhəd  məsələlərinin həlli: Mitkas-Leffler funksiyası. Kəsr tərtibli xüsusi  törəməli  tənlik üçün sərhəd məsələsi. İki dəyişənli tənlik üçün məsələ.Yeni inteqral və törəmənin təyini. Multiplikativ  törəmə  və inteqral poverativ törəmə və inteqral. Bunların diskret halı. Diskret törəmənin tətbiqləri.
 
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
 
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.