Seminarda r.e.d. Fəda Rəhimov "Təsadüfi əmsallı avtoreqressiv proseslərlə təsvir olunan Markov təsadüfi dolaşmalarının xətti sərhəddi birinci dəfə kəsmə anlar ailəsi üçün limit teoremləri" mövzusunda məruzə etdi.
İşdə təsadüfi əmsallı avtoreqressiv proseslərlə təsvir olunan Markov təsadüfi dolaşmaların xətti sərhəddi birinci dəfə kəsmə anlar üçün böyük ədədlər qanunu və mərkəzi limit teoremi isbat edilir.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.