Seminarda Nigar Bayranova "Qeyri-məhdud oblastda axın xətləri üsulu ilə neft layına təsirin hesablanması" mövzusunda məruzə etdi.
İşdə qeyri-məhdud oblastda neft layına təsirin hesablanması üçün axın xətləri üsulundan istifadə olunmuşdur. Vektor sahəsindən istifadə edilməklə mayenin hərəkət tənlikləri verilmiş, müstəvi axın problemi tədqiq olunmuşdur. Axın xətləri trayektoriyası müəyyən edilir, daha sonra ədədi üsulların köməyi ilə mayenin yerdəyişməsinin tapılması üçün hesablama alqoritmi təklif edilir.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.