Seminarda AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev "Bəzi ultraparabolik operatorların ümumiləşdirilmiş Morri normaları vasitəsilə ümumiləşdirilmiş Hölder qiymətləndirmələri" mövzusunda məruzə etdi.
Məruzədə bir sinif ultraparabolik operatorlar üçün fundamental həllin xassələrini və bircins fəzada sinqulyar inteqralların bir neçə qiymətləndirməsini tətbiq etməklə bir sini fultraparabolic tənliyin həllərinin lokal ümumiləşmiş Hölder qiymətləndirmələri alınmaşından danışıldı.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.