Seminarda professor Etibar Pənahov "Periodik diferensial operatorlar üçün spektral analizin tərs məsələləri" mövzusunda məruzə etdi.
Məruzədə Sturm-Liovilli və Dirak opertorlarında potensiallar periodik və sərhəd şərtləri periodik olan hallarda, qismən üst-üstə düşməyən spektrlərə görə tərs məsələlərə baxılır.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.