12.12.2023-cü il tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra institutun direktoru akademik Fikrət Əliyev, professor Etibar Pənahov və r.e.d. Mütəllim Mütəllimov dünya şöhrətli dahi lider Heydər Əliyevin keşməkeşli ömür yolundan, müstəqil Azərbaycan dövlətinin qurulması və tərəqqisində, dünya arenasında böyük uğurlara imza atmasında, xalqımızın rifah halının yüksəlməsində misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, bu gün ölkəmizin sürətlə inkişaf etməsinin, müxtəlif sahələrdə aparılan quruculuq işlərinin, beynəlxalq miqyasda respublikamızın nüfuzunun daha da güclənməsinin və 2020-ci ildə əldə olunan tarixi Zəfərin arxasında uzun illər Ulu Öndərin həyata keçirdiyi böyük siyasi fəaliyyət dayanır. 
  
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəlif universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.