12.03.2024-CÜ İL SAAT 10-00 TARİXİNDƏ İNSTİTUTUN NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ

Seminarda professor Aqil Xanməmmədov "Əlavə eksponensiala potensiala malik Şredinger tənliyi üçün çevirmə operatoru" mövzusunda məruzə etdi. 

İşdə Əlavə  eksponensial  potensialı olan  Şredinger  tənliyinə baxılır. Bu tənliyin sonsuzluqda  şərt ödəyən həllərinin asimptotikasını  saxlayan çevirmə operatorları qurulur. Çevirmə operatorlarının nüvələrinin xassələri öyrənilir. 

Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
 
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.