Seminarda prof. Sadıqov Misrəddin "Qabarıq və qabarıq olmayan funksiyanın subdıferensialanması haqqında" mövzusunda məruzə etdi.
Təqdim edilən işdə qabarıq funksiyanın və müsbət bircins funksiyanın subdiferensialanması, məhdudiyyətli ekstremal məsələ öyrənilir. Banax fəzasında məhdudiyyətli hamar olmayan ekstremal məsələnin ekstremum üçün birinci tərtib zəruri şərtlər alınmışdır. İşdə kvazidiferensiallanan funksiyalar sinfində riyazi proqramlaşdırma məsələsinə də baxılır.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.