09.04.2024-CÜ İL TARİXİNDƏ İNSTİTUTUN NÖVBƏTİ SEMİNARI KEÇİRİLDI

Seminarda akademik Fikrət Əliyev "İdarediciyə bərabərlik  şəklındə məhdudluq qoyulduqda dıskret xətti kvadratik optimallaşma məsələsinin həlli" mövzusunda məruzə etdi.  
 
İşdə zaman intervalının müəyyən hissəsində idarəedicinin bəzi koordinatları məlum olduqda diskret xətti kvadratik optimallaşdırma məsələsi nəzərdən keçirilmişdir. Müəyyən çəkiyə malik cərimə funksiyası şəklində olan bu bərabərliklər kvadrat funksionala əlavə edilir və müvafiq diskret Eyler-Laqranj tənliyi qurulur, belə ki, bu tənliyin həlli diskret fundamental matrisdən istifadə etməklə qurulur. Sonra, bütün zaman intervalında idarəedicinin ifadəsi verilmişdir. Nəticələr şaquli xarici qüvvənin təsiri altında uçan cismin müəyyən hündürlüyə şaquli hərəkəti və müəyyən məsafədə asılı qalması misalı üzərində illüstrasiya edilmişdir.
 
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
 
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.