Seminarda İnstitutun dissertantı Aynur Rəsulzadə "Diskret halda nyuton mayesində hərəkət edən ştanqlı nasos qurğusu üçün optimal trayektoriya və optimal idarəedicinin qurulması məsələsinin asimptotik üsulla həlli alqoritminin işlənməsi" mövzusunda məruzə etdi.
İşdə asimptotik metod ilə ştanqlı nasos qurğusunun hərəkətində optimal trayektoriyanın qurulması və idarə edilməsi məsələsinin həlli nəzərdən keçirilir. Əvvəlcə hərəkət tənlikləri qurulur, kiçik parametrin tənliklərə necə daxil olması məsələsi araşdırılır. Daha sonra alınmış tənliklər ikinci dərəcəli Volterra inteqral tənliklərinə gətirilir, tənliklər diskretləşdirilir, kvadratik və genişləndirilmiş funksionallar qurulur. Onların köməyi ilə optimal proqram trayektoriyası və idarəetməni qurmaq üçün Eyler-Laqranj tənlikləri əldə edilir. Məsələnin həlli alınan tənliklər sistemindən tapılır və hesablama prosesinin alqoritmi təklif olunur. Nəticələr konkret misalla şərh edilir.